Sentyabrın 9-da qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları növbəti yoldaşlıq oyununda qüvvələrini sınayıblar.
Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci yoxlama görüşündə də “Nur” komandası qalib gəlib. Belə ki, Mingəçevir təmsilçisi rəqibini 24:22 hesabı ilə məğlub edib.
İlk yoxlama oyunu da “Nur”un 33:26 hesablı qələbəsi ilə başa çatmışdı.