Mingəçevirin “Nur” həndbol komandası növbəti yoxlama görüşündən də qalib ayrılıb
Sentyabrın 9-da qadın həndbolçulardan ibarət “Nur” və “Qarabağ” klubları növbəti yoldaşlıq oyununda qüvvələrini sınayıblar.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ikinci yoxlama görüşündə də “Nur” komandası qalib gəlib. Belə ki, Mingəçevir təmsilçisi rəqibini 24:22 hesabı ilə məğlub edib.

İlk yoxlama oyunu da “Nur”un 33:26 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 1299 dəfə oxundu.