Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çər. axşamı, 7 yanvar 2025, 14:49:37  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Paddi Lou: Bu dəfə Bakı yürüşünə daha yaxşı hazırlaşmışıq
Tarix: 21.06.2017 | Saat: 14:25:00 | E-mail | Çapa göndər
Keçən il Bakıda keçirilən birinci yürüşdə “Williams” komandasının hər iki pilotu xal qazanıb. Komanda bu il də həmin uğuru təkrarlamaq niyyətindədir və ümid edir ki, Azərbaycan paytaxtının şəhər trasında bu maşının rəqabət qabiliyyəti Kanada ilə müqayisədə az olmayacaq.

Komandanın texniki direktoru Paddi Lou deyib: “Keçən il Azərbaycanda keçirilən birinci yürüş maraqlı oldu. İndi biz trasa bələdik və bu Qran-Priyə daha yaxşı hazırlaşmışıq. Bakıda saat əqrəbinin əksi istiqamətində 6 kilometrlik şəhər trası var. Xarakteristikalarına görə bu tras bir qədər Kanada avtodromunu xatırladır. Buna görə də ümid edirik ki, orada FW40 maşınının rəqabət qabiliyyəti az olmayacaq.

Bakı mərhələsi bu mövsümün ən qızmar havalı dövrünə təsadüf edən yürüşlərdən biridir: ilin bu ayında havanın temperaturu 39 dərəcəyə çatırdı. Buna görə də maksimum səmərə ilə işləmək üçün həm pilotlar, həm də komanda dözümlülük göstərməlidir. Ümumiyyətlə, Bakı əla şəhərdir. Bu şəhərlə keçənilki tanışlığımız bizə yaxşı təsir bağışlayıb.

Felipe bu trasla tanışdır. İndi o, əla formadadır, ona görə də çalışacağıq ki, Kanadada baş vermiş qəza ilə bağlı xoşagəlməzlikləri unudaq və Felipe layiqli nəticə göstərsin. Bundan əlavə, biz ümid edirik ki, həftəsonu Lens üçün də uğurlu keçəcək və o, iki həftə bundan əvvəl Monrealda olduğu kimi burada da xal qazanacaq”.

Komandanın digər pilotu Felipe Massa: “Bu gözəl ölkəyə, şəhərin mərkəzindəki unikal trasa qayıtmağı səbirsizliklə gözləyirəm. Orada 90 dərəcəlik döngələr çoxdur. 16-cı döngədən birinci döngəyə qədər olan hissədəki uzun düz yolda çox yüksək sürət göstərəcəyik. Keçən il mən və komanda yoldaşım xal qazanmışdıq. Kanada Qran-Prisinin əvvəlində uğursuzluğa baxmayaraq, ümid edirəm ki, komandamız yenə əla nəticə göstərəcək və finiş xəttinə ilk onluqda çatacaq”.

Pilot Lens Stroll deyib: “Mənim üçün Bakı səfəri tamamilə yeni təcrübədir, çünki mən heç vaxt orada olmamışam. Keçən il Bakı Qran-Prisi dövründə başqa yürüşdə iştirak etdiyimə görə bu mərhələnin translyasiyasına da baxa bilmədim. Bundan əlavə, Bakı trası haqda heç nə bilmirəm, çünki simulyatorda işləməmişəm, hərçənd adətən yürüşə yola düşməzdən əvvəl simulyatorda çalışıram. Eşitdiyimə görə, Bakı əla yerdir, ona görə hər şeyi öz gözümlə görmək istəyirəm. Qarşıda məni növbəti yeni ölkə ilə tanışlıq gözləyir. Formula-1 yarışlarında məni cəlb edən məqamlardan biri də budur. Yeri gəlmişkən, mənim üçün bu, sonuncu təcrübə olacaq, ona görə ki, növbəti bir neçə Qran-Prinin keçiriləcəyi traslarda artıq çıxış etmişəm”.
Xəbər 2031 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.04.2022 Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir
10.02.2022 “Red Bull” dünya çempionatı ərəfəsində yeni bolidini ictimaiyyətə təqdim edib
03.02.2022 Ralli üzrə səkkizqat dünya çempionu Sebastyan Ojye dözümlülük yarışlarında iştirak edəcək
27.12.2021 Fransada keçiriləcək ikinci Avtoidman Oyunlarının proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək
12.10.2021 Gələn il Formula 3-də yeni komanda debüt edəcək
28.09.2021 “Mercedes” komandası rekorda imza atıb
02.06.2021 FIA Azərbaycanda rəsmi virtual mətbuat konfransları formatını təkrarlayacaq
24.04.2021 FIA yeni yarışın reqlamentini təsdiqləyib
23.02.2021 "Red Bull Racing" yeni mövsüm üçün bolidini təqdim edib
22.02.2021 Monako avtomobil klubu bu il keçiriləcək 3 yürüşün hazırlığına start verib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru