Bu ilin yanvarında Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, kurslarda Azərbaycanı təmsil edən 20 hakimdən 19-u imtahandan müvəffəqiyyətlə keçib. Bununla da Azərbaycan təmsilçiləri ilk dəfə olaraq bir Olimpiya dövründə ən çox sayda hakimlik kateqoriyası əldə edib.
Hakimlik kurslarında ümumilikdə 17 milli federasiyanın təmsilçiləri iştirak ediblər.