Azərbaycanın 19 hakimi bədii gimnastika üzrə beynəlxalq imtahandan müvəffəqiyyətlə keçib | |
Bu ilin yanvarında Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb. Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, kurslarda Azərbaycanı təmsil edən 20 hakimdən 19-u imtahandan müvəffəqiyyətlə keçib. Bununla da Azərbaycan təmsilçiləri ilk dəfə olaraq bir Olimpiya dövründə ən çox sayda hakimlik kateqoriyası əldə edib. Hakimlik kurslarında ümumilikdə 17 milli federasiyanın təmsilçiləri iştirak ediblər. |
|
Xəbər 1002 dəfə oxundu. |
|
|