"Bakı" komandasının baş meneceri Zeynal Məmmədov, Aleksandr Starkovun vəzifəsindən qovulmasına münasibət bildirib. İdman.com.az saytının məlumatına görə, klub rəsmisi Unibank Premyer Liqasının XXIII turu ərəfəsində istefaya göndərilən latviyalıya uğurlar arzulayıb: “Biz “Bakı” futbol klubu olaraq, Aleksandr Starkova klubumuz üçün gördüyü işlərə görə, ona minnətdarlığımızı bildiririk, gələcək karyerasında uğurlar arzulayırıq".