Zeynal Məmmədov: "Ona gələcək karyerasında uğurlar arzulayırıq"
"Bakı" komandasının baş meneceri Zeynal Məmmədov, Aleksandr Starkovun vəzifəsindən qovulmasına münasibət bildirib. İdman.com.az saytının məlumatına görə, klub rəsmisi Unibank Premyer Liqasının XXIII turu ərəfəsində istefaya göndərilən latviyalıya uğurlar arzulayıb: “Biz “Bakı” futbol klubu olaraq, Aleksandr Starkova klubumuz üçün gördüyü işlərə görə, ona minnətdarlığımızı bildiririk, gələcək karyerasında uğurlar arzulayırıq".

Xəbər 929 dəfə oxundu.