Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədn istifadə edən Ukraynanın “Dnepr" klubu yoxlama matçından qüvvəsini sınayıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi I divizionun lideri "Aleksandriya" ilə qarşılaşıb.
Görüş “Dnepr”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Dnepr”in Avropa Liqasının qrup mərhəəsində növbəti oyunu “Qarabağ”la olacaq. Görüş oktyabrın 23-də Kiyevdə keçiriləcək.