“Qarabağ”ın rəqibi qələbə qazandı
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədn istifadə edən Ukraynanın “Dnepr" klubu yoxlama matçından qüvvəsini sınayıb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi I divizionun lideri "Aleksandriya" ilə qarşılaşıb.
Görüş “Dnepr”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Dnepr”in Avropa Liqasının qrup mərhəəsində növbəti oyunu “Qarabağ”la olacaq. Görüş oktyabrın 23-də Kiyevdə keçiriləcək.


12 oktyabr

Yoxlama oyunu

"Dnepr" - "Aleksandriya" - 2:0
Qollar: Yevgeni Şaxov, 6 (1:0), Aleksandr Vasilyev, 81 (2:0)

Xəbər 797 dəfə oxundu.