İngiltərə Premyer Liqasında 36-cı turun oyunları davam edir.
İkinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Sanderlend" öz meydanında "Kardiff"lə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Turnir cədvəlinin ilk pilləsində yer alan "Liverpul" ən yaxın izləyicisi "Çelsi"ni qəbul edib. Gərgin keçən oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
"Kristal Palas" isə doğma meydanda "Mançester Siti"yə uduzub - 0:2.
Qeyd edək ki, Premyer Liqada 36-cı tura aprelin 29-da keçiriləcək "Arsenal" - "Nyukasl" oyunu ilə yekun vurulacaq.
27 aprel
İngiltərə Premyer Liqası, 36-cı tur
"Sanderlend" - "Kardif Siti" - 4:0
Qollar: Vişkam, 26 (1:0), Borini, 45 (2:0), Qiaçerinni, 76 (3:0), Vişkam, 86 (4:0)
"Liverpul" - "Çelsi" - 0:2
Qollar: Demba Ba, 45+3 (0:1), Vilian, 90+4 (0:2)
"Kristal Palas" - "Mançester Siti" - 0:2
Qollar: Dzeko, 4 (0:1), Ture, 43 (0:2)
26 aprel
"Sauthempton" - "Everton" - 2:0
Qollar: Alkaraz, 1-avtoqol (1:0), Koulman, 31-avtoqol (2:0)
"Fulhem" - "Hall Siti" - 2:2
Qollar: Deyagah, 55 (1:0), Amorebieta, 58 (2:0), Yelaviç, 75 (2:1), Lonq, 87 (2:2)
"Stok Siti" - "Tottenhem" - 0:1
Qol: Rose, 33 (0:1)
"Suonsi" - "Aston Villa" - 4:1
Qollar: Boni, 10 (1:0), Agbonlahor, 22 (1:1), Şelvey, 26 (2:1), Hernandez, 73 (3:1), Boni, 90+4 (4:1)
"Vest Bromviç" - "Vest Hem" - 1:0
Qol: Berahino, 11 (1:0)
"Mançester Yunayted" - "Norviç" - 4:0
Qollar: Runi, 41-pen (1:0), 48 (2:0), Mata, 63 (3:0), 73 (4:0)
28 aprel
"Arsenal" - "Nyukasl"
|