Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə, 10 yanvar 2025, 11:43:49  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
Tarix: 14.10.2011 | Saat: 14:28:00 | E-mail | Çapa göndər
Artıq bu ilin 9 ayını geridə qoymuşuq. Ötən aylar ərzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən paytaxt idmanının inkişafı istiqamətində bir sıra işlər görülüb, tədbirlər həyata keçirilib. Bu aylar paytaxt idmançılarımız üçün çox məhsuldar olub. Onlar ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil ediblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüşüb, idmançılarımızın yarışlarda iştirakı, əldə edilən nəticələr və İdarənin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat aldıq.

- Raqif müəllim, bu il idmançılarımız üçün ən gərgin və həyəcanlı illərdən biridir. Ötən 9 ay ərzində paytaxt idmanının inkişafı istiqamətində görülən işlər, keçirilən yarışlar barədə nə deyə bilərsiniz?

- 2011-ci il Olimpiya oyunlarına hazırlıq üçün həlledici illərdən biridir. Gələn ilin may və iyun aylarına qədər lisenziya xarakterli yarışlara yekun vurulacaq. Paytaxtın idmançıları əsas diqqəti lisenziya xarakterli turnirlərə yönəldiblər. Müstəqillik dövründə təmsil olunduğumuz olimpiadalarda əsas nailiyyətlər paytaxt idmançılarının payına düşür. Çalışırıq ki, təmsilçilərimiz London Olimpiadasına daha çox lisenziya əldə etsinlər və yüksək idman formasında olsunlar. Yola saldığımız aylara nəzər salanda görürük ki, paytaxt yarışlarında fərqlənən idmançılarımız, pespublika turnirlərində də yüksək nəticə qazanıblar. Bu baxımdan paytaxt yarışlarının səviyyəsinin, iştirakçıların sayının artdığını və təmsilçilərimizin daha fəal mübarizə apardıqlarını xüsusi qeyd etmək istərdim.
İdman növlərində gender bərabərliyinin qorunması və yarışlarda xanım idmançılarımızın sayının artırılmasına baş idarə tərəfindən daim diqqət yetirilir, bu sahədə müəyyən nailiyyətlər əldə etmişik.
Ənənəvi idman növləri üzrə bəzi paytaxt yarışları Bakıdan kənarda keçirilib. Bunun obyektiv və subyektiv səbəbləri var. Avarçəkmə üzrə paytaxt yarışının Mingəçevirdə keçirməkdə məqsəd yarış iştirakçıları üçün daha yaxşı şərait yaratmaqdır. “Kür” Olimpiya Təlim-Məşq Bazasında açıq dənizə nisbətən yarışları daha yüksək səviyyədə keçirmək mümkündür. Bir çox irimiqyaslı yarışlar Bakının mərkəzində keçirildiyi üçün paytaxt yarışlarının bəzilərini paytaxtdan kənarda təşkil etdik. İnkişaf etməkdə olan reqbi üzrə yarışlar buna misal ola bilər. Su idman növləri üzrə - suya tullanma, vaterpol, su polusu yarışlarını hələlik Quba Olimpiya İdman Kompleksinin hovuzunda keçiririk. Velotrekin təmirə dayanması cəbəbindən velosiped idmanı yarışlarını paytaxt və paytaxta yaxın olan rayonların magistral xətləri boyu keçiririk. Ümumiyyətlə, çalışırıq ki, yarışlar hər bir şəraiti olan idman bazalarında və yüksək səviyyədə təşkil olunsun.

- Uşaq və yeniyetmə idmanının inkişafı istiqamətində görülən işlərlə bağlı nə deyə bilərsiniz?

- Uşaq və yeniyetmələr arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi istiqamətində ötən aylar ərzində bir sıra tədbirlər həyata keçirmişik. Yarışlarda əldə edilmiş göstəricilər deməyə əsas verir ki, bu sahədə nailiyyətlər çoxdur. Yeniyetmə idmançılar arasında aparılan seleksiya işinə xüsusi diqqət yetirilir. Paytaxt yarışlarında yeniyetmə idmançılar bir neçə rekord yeniləyiblər. Ötən illə müqayisədə nəticələr daha yüksəkdir. Böyüklərdə olduğu kimi yeniyetmə və gənclərimiz də ayrı-ayrı idman növləri üzrə ölkə yığmasının əsasını təşkil edirlər. Bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə müxtəlif müəssisələrdə, təhsil ocaqlarında spartakiadalar və digər kütləvi tədbirlər keçirilir. 2020-ci ilədək idmanın inkişafına dair yeni konseptual sənədin hazırlığına başlamaq ehtimalımız var. Burada, həmçinin, Azərbaycanda bu gün dəbdə olmayan və bu və ya digər səbəbdən o qədər də inkişaf etməyən idman növləri öz əksini tapacaq.

- Paytaxtda yerləşən idman cəmiyyətləri, klubları və digər təşkilatlarlarla İdarənin əməkdaşlığı hansı səviyyədədir?

- Bakıda fəaliyyət göstərən idman qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Düzdür, bəzi idman cəmiyyətlərimiz və klublarımızın hər bir şəraiti olan lazımi bazaları olduğu üçün onlar günün tələbləri səviyyəsində işləyir, yarışlarımızda iştirak edərək yüksək nəticələr əldə edirlər. Bəziləri isə əksinə. Əlbəttə, bu tendensiyanı dəyişmək lazımdır. Belə klub və cəmiyyətlərə mütəxəssislərin cəlb olunması, bazalarının təmiri, göstəricilərinin yaxşılaşdırılması istiqamətində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tərəfindən bir sıra işlər görülür. Bakı Tibb dispanseri ilə də çox sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Paytaxt yarışlarında iştirak edən idmançılar hər 6 aydan bir tibbi müayinədən keçirlər, onların sağlamlığı və sığorta məsələlərinə diqqət yetirilir. Bununla bağlı paytaxtda fəaliyyət göstərən idman federasiyaları, klublar, cəmiyyətlərə rəsmi məlumatlar verilir.

- Ötən aylar ərzidə görülən işləri qənaətbəxş saymaq olarmı?

- 2011-ci ilin tədbirlər planının icrasının demək olar ki, 82 faizinə nail olmuşuq. Bundan başqa, federasiya və cəmiyyətlər, dövlət qurumları, qeyri-dövlət strukturları ilə tədbirlər keçirmişik və bunlar davam edir. Elə idman növlərimiz var ki, göstəricilər kəskin surətdə artıb. Bəzi idman növlərində artım var, azdır. Elə idman növlərimiz də var ki, artım tempi hiss olunmur. Göstəricilərin artımı qeyri-Olimpiya idman növlərində daha çox hiss olunur. Bu, paytaxtda istifadəyə verilən Olimpiya idman komplekslərinin, zalların və digər idman qurğularının səmərəli fəaliyyəti ilə birbaşa bağlıdır. İkinci bir tərəfdən futbol, həndbol, tennis, badminton idman növlərində mütəxəssis çatışmazlığı vardır, Bakı və Bakıətrafı rayonlarda bu idman növləri üzrə göstəricilər bizi qane etmir. Boks, güləş, cüdo və digər ənənəvi idman növlərində artım daha çox hiss olunur. Şübhəsiz Pekin Olimpiadasından sonra bu idman növlərinə axın daha çox olmuşdur. Bu idman növləri üzrə, şübhəsiz, nəticələr də yüksək olmuşdur. Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir.

- Paytaxtda inşa olunmuş Olimpiya İdman Komplekslərinin fəaliyyətindən necə istifadə edilir?

- Paytaxt yarışları əsasən Hövsan Olimpiya İdman Kompleksində təşkil edilir. Müasir standartlara cavab verən bu Olimpiya kompleksi çoxşaxəlidir. Böyük həyətyanı sahəsi olan komleksin üzgüçülük hovuzu, iki zalı və digər idman qurğularının şəraiti yaxşı olduğundan əksər turnirlər burada keçirilir. Digər tərəfdən Bakının mərkəzi rayonlarının əraziləri idman yarışları ilə daha çox yükləndiyindən, paytaxtdan kənarda yerləşən komplekslərin xidmətindən istifadə etmək əlverişlidir. Şağan Olimpiya İdman Kompleksinin xidmətindən də yararlanırıq. Burada da bir sıra yarışlar keçiririk. Gənclikdə yerləşən Olimpiya kompleksində turnirlərimizi nisbətən az keçiririk. Çünki bu kompleksdən, əsasən bədii gimnastikanın bazası kimi istifadə edilir. Maştağa Olimpiya İdman Kompleksində yarışlarımızın sayı bir qədər azalıb. Əsasən, qeyri-olimpiya idman növləri üzrə yarışları burada təşkil edirdik. Bu növlər üzrə turnirləri, paytaxtda yerləşən zallar və digər idman qurğularında təşkil etmək mümkün olduğu üçün bu kompleksin yükü bir qədər azalıb. Kürdəxanı və Balaxanıdakı idman zallarında güləş, cüdo və boks üzrə paytaxtın rayon birincilikıləri, spartakiadalar keçirilir.

- Qarşıda paytaxt idmançılarını hansı yarışlar gözləyir?

- Bu il paytaxt idmançılarımız çoxlu yarışlarda iştirak ediblər və bu yarışlar davam edir. Buyaxınlarda güləş üzrə Bakı birinciliyi keçirildi. Cüdo, sambo, futbol və başqa növlər üzrə də yarışların keçirilməsi planlaşdırılır. Bundan başqa, müqavilələr əsasında digər qurum və təşkilatlarla müştərək idman tədbirlərimizi də təşkil edəcəyik.

Müsahibəni apardı: Leyla Qurbanova

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 5197 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.01.2016 Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
17.09.2012 “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
01.12.2011 Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”
16.05.2011 “London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru