Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
28/05 | 10:34 Futbol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı açıqlanıb
28/05 | 09:56 Azərbaycan şahmatçıları Avropa çempionatının qızıl və gümüş medallarını qazanıblar
28/05 | 08:42 Dünya Badminton Federasiyası "Tokio-2020" olimpiadasının yenilənmiş təsnifat sistemini açıqlayıb
27/05 | 15:02 Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər
27/05 | 12:59 “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib
27/05 | 11:40 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
27/05 | 09:35 Deymon Hill: Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil
27/05 | 09:19 Ukrayna hökuməti ölkədə futbol matçlarının bərpasına icazə verib
27/05 | 08:45 Almaniya Bundersliqasının 28-ci turun mərkəzi qarşılaşması minimal hesabla başa çatıb
26/05 | 16:17 FIBA milli federasiyalara pandemiyadan sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib
26/05 | 15:55 Zlatan İbrahimoviç məşq zamanı zədələnib
26/05 | 15:23 Duqlas Kosta zədə səbəbindən karyerasını başa vura bilər
26/05 | 14:42 Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
26/05 | 13:51 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
26/05 | 13:31 Fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri ləğv edilib
26/05 | 10:20 Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri start götürür
25/05 | 19:23 Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
25/05 | 16:25 Şahmatçılarımız blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirində mübarizə aparacaqlar
25/05 | 14:03 Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib
25/05 | 13:43 Redaktor olmaq asan deyil
25/05 | 12:19 Şahmat üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür
25/05 | 11:30 Necə UFC çempionu olmaq olar
24/05 | 21:32 Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb
24/05 | 09:36 Yaponiyalı tennisçi Naomi Osaka yeni rekord müəyyənləşdirib
23/05 | 15:10 Avropa çempionatının C qrupunun final yarışında 11 şahmatçımız mübarizə aparacaq
23/05 | 14:09 Veteran idmançılara dəstək
23/05 | 10:10 “Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib
23/05 | 09:51 "IndyCar" təqvimə düzəliş edir, lakin mövsüm iyunun 6-da başlayır
23/05 | 09:20 Şahmatın blits növü üzrə Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib
22/05 | 21:11 Dünya karatesində bir sıra dəyişikliklər baş verib
22/05 | 19:38 Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır
22/05 | 18:01 Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub
22/05 | 17:42 Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər
22/05 | 17:38 “Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır
22/05 | 17:22 “Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
Tarix: 13.01.2016 | Saat: 13:00:00 | E-mail | Çapa göndər
İdman uğurları ilə zəngin daha bir ili başa vurduq. 2016-cı il də idman hadisələri baxımından əlamətdar olacaq. XXXI Yay Olimpiya Oyunları, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq, eləcə də, Formula-1 üzrə Bakı Avropa Qran-prisi, 42-ci Şahmat Olimpiadası kimi mötəbər yarışlar təkcə Azərbaycan idman həyatının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq. Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Azad Rəhimovla söhbətimizin əsas mövzusu da bu mötəbər idman tədbirləri, eləcə də başa çatmaqda olan ilin yekunu və görüləcək işlər barədə oldu.


- Cənab nazir, söhbətə ötən ilin idman dəyərləndirməsi ilə başlamaq istərdik. 2015-ci il necə keçdi?


- Sualınıza qısa cavab olaraq bildirim ki, 2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı. İlk Avropa Oyunlarının təşkili başa vurduğumuz ili tək ölkəmiz üçün deyil, bütün Avropanın idman həyatı üçün əlamətdar etdi. Həm bir azərbaycanlı, həm də gənclər və idman naziri olaraq, mənim üçün 2015-ci il ən uğurlu il oldu. Amma inanıram ki, ölkəmizin idman həyatında bundan da uğurlu illər olacaq.

- Tarix də göstərdi ki, təkcə Azərbaycanda və Avropada deyil, hətta dünyada da 2015-ci ilin ən böyük idman hadisəsi kimi birinci dəfə keçirilən Avropa Oyunları qeyd edildi.


- Əlbəttə Oyunların ilk dəfə keçiriliməsi bütün dünyanın diqqətini çəkdi. Təsadüfi deyil ki, Oyunlar təkcə Avropada deyil, planetin bütün digər qitələrində də canlı yayımlandı. 70-dən çox telekanal vasitəsilə dünyanın 130-dan çox ölkəsində izlənildi. Dünya idman tarixində yeni bir layihə həyata keçirilirdi. Buna görə də Bakı-2015 dünyada çox böyük maraq doğurdu. Bu yeni layihə, eyni zamanda, ona görə maraqlı idi ki, Olimpiya oyunlarının vətəni olan Avropanın ayrıca öz Oyunları heç vaxt olmamışdı. Halbuki digər qitələr olimpiadalardan əlavə, öz kontinental yarışlarını təşkil edirlər.

Təşkilatçı ölkə olaraq, biz çalışdıq ki, televiziya kanallarında, qəzet və jurnallarda, informasiya portallarında geniş məlumat yaymaqla, Avropanın paytaxt şəhərlərində təqdimatlar keçirməklə, Bakı-2015-ə diqqəti daha çox cəlb edək. Bu yarışlarda 50 ölkə iştirak edirdi. Qitənin güclü atletləri 20 idman növü üzrə yarışırdılar. Sadaladığım bütün bu amillər Oyunları, sözün əsl mənasında, idman bayramına çevirdi və böyük marağa səbəb oldu.

- Sizin üçün bu yarışların ən əhəmiyyətli məqamı, ən yaddaqalan epizodu hansı oldu?

- Bu möhtəşəm idman bayramının Azərbaycana həvalə olunduğu 2012-ci il dekabrın 8-də Roma Assambleyasından Azərbaycan prezidentinin qalibləri təltif etdiyi 29 iyun 2015-ci il tarixli toplantıyadak davam edən 31 aylıq prosesin hər bir epizodu mənim üçün yaddaqalan olub. Amma Oyunların açılış və bağlanış mərasimləri, idmançılarımızın 56 medalla ikinci ən güclü komanda olması, prezident İlham Əliyevin Oyunların təşkilatçılığını yüksək qiymətləndirməsi mənim üçün ən sevincli, həyəcanlı anlar idi.

- Bu Oyunlardan Azərbaycan, Avropa və dünya nə qazandılar?

- Sualınızı qısaca belə cavablandırım: Olimpiya miqyaslı bu yarış Azərbaycanın təşkilatçı ölkə kimi potensialını göstərdi, ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaratdı. Bütün dünya ölkəmizi demokratik, iqtisadi cəhətdən inkişaf etmiş dövlət kimi yaxından tanıdı, xaqlımızın qonaqpərvərliyinin şahidi oldu. Çünki idman təkçə yarış deyil, eyni zamanda böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümünəsidir.

Avropa indiyədək arzuladığı çoxnövlü və ən böyük yarışını reallaşdırdı. Dünyada isə yeni bir idman ənənəsinin əsası qoyuldu.

- Avropa Oyunlarında 2-ci yeri tutan Azərbaycan yığmasından, yəqin ki, IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nəticələr gözləməyə dəyər.

- Düzdür, İslam Həmrəyliyi Oyunlarının miqyası daha böyükdür. Avropa Oyunları yalnız bir qitənin yarışı idisə, bu yarışlar Avropa, Asiya və Afrika qitələrinin ölkələrini əhatə edəcək. Bu isə daha güclü idmançıların Azərbaycana gəlməsi deməkdir. Amma Azərbaycan idmançıları London Olimpiya Oyunlarının nəticələrinə görə, müsəlman ölkələri arasında 3-сü olublar. Bu isə Azərbaycanın İslam dünyasının ən güclü idman dövlətlərindən biri olmasının bariz nümunəsidir. Əslində, proqnoz verməyi xoşlamıram. Amma ümidvaram ki, idmançılarımız bu dəfə də xalqımızı sevindirəcəklər.

- İslam Həmrəyliyi Oyunlarına fəal hazırlıq fazasına nə vaxtdan keçiləcək?

- Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclasında cənab Prezident öz tapşırıqlarını verib və görüləcək işlər müəyyənləşib. Hazırlıq prosesinə start verilib və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin bazası əsasında Bakı İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi yaradılır. Oyunlara ilyarım vaxt qalır. Hələlik kiçik işçi qrupu səviyyəsində uzun müddət tələb edən işlər icra edilir. Tələbat yarandıqca, yeni kadrlar işə cəlb ediləcək. Oyunların keçiriləcəyi arenalar, açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Olimpiya stadionu, hətta atletlər və media kəndləri də indidən hazırdır. Qalan məsələlər də vaxtında həllini tapacaq. Akkreditasiya, qeydiyyat, təqdimat və digər bu kimi məsələlərə qarşıdakı aylarda start veriləcək. İnanıram ki, bu Oyunları da Avropa Oyunları səviyyəsində keçirəcəyik.

- Artıq 2016-cı ildə bizi, Formula-1 kimi məsuliyyətli bir yarış gözləyir.

- Azərbaycanın keçirdiyi ən məsul və mötəbər yarışlar sırasında bu avtomobil yürüşünün öz yeri olacaq. Avropa Qran Prisi Bakıda keçirilirsə, təşkilatçılığı da nümunəvi olmalıdır. Azərbaycanın avtomobil yürüşləri sahəsində müəyyən təcrübəsi var. Lakin Formula 1, ilk baxışda, cəmi bir neçə gün davam etsə də, infrastruktur baxımından böyük məsuliyyət və dəqiqlik, irihəcmli işlər tələb edən bir idman yarışıdır.
Bildiyiniz kimi, Formula 1 Avropa Qran Prisi şəhər trası hesab olunan Bakı Şəhər Halqasında baş tutacaq. Şəhər trekləri bir qayda olaraq müvəqqəti xarakter daşıyır və yarışdan həftələr öncə hazır vəziyyətə gətirilir. Bizim vəzifəmiz seçilmiş marşrut üzrə şəhər trasının üzərinə düşən avtomobil yollarının asfalt örtüyünün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) standartlarına uyğun dəyişdirilməsi, quyu qapaqlarının xüsusi açarlı qapaqlarla əvəz olunması, yarışın formatına uyğun yüksək sürətlə idarə olunacaq yarış avtomobillərinin hərəkətinə mane ola biləcək bəzi piyada səkilərinin modifikasiya olunması, bəzi yerlərdə işıqlandırma, kamera, işıqfor dirəklərinin, reklam lövhəsi, parkomat, yol hərəkəti nişanlarının yerinin dəyişdirilməsi işlərini vaxtında və ən yüksək səviyyədə başa çatdırmaqdır.

Bundan əlavə yarışa yaxın aylarda müvəqqəti konstruksiyalardan istifadə etməklə marşrut boyu yol kənarlarının hasarlanması, yarışlar zamanı piyadaların hərəkətində məhdudiyyət yaranmaması üçün yerüstü müvəqqəti keçidlərin, tamaşaçı tribunalarının, TV yayım mərkəzinin, Pit binasının, əyləncə zonalarının qurulması və sair zəruri müvəqqəti tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

- 2016-cı il ölkəmizdə daha bir irimiqyaslı yarışın keçirilməsi ilə yadda qalacaq. Sentyabrda Bakıda təşkil ediləcək şahmat üzrə dünya kuboku prizmasından şahmat olimpiadasına hazırlığı necə qiymətləndirmək olar?

- Dünya kuboku çox mötəbər bir yarışdır. Lakin istər dünya və qitə çempionatları, istərsə də kubok yarışlarının Azərbaycanda, hətta uzun müddət hazırlıq keçmədən rahat və uğurla təşkil edilməsi adi hal alıb. Çünki neçə illərdir həm nazirlik, həm Milli Olimpiya Komitəsi, həm də müvafiq federasiyalar böyük təcrübə toplayıblar. Gələn il dünyanın ən güclü və çoxsaylı şahmatçılarını Bakıya toplayacaq olimpiada bütün dünyanın diqqətini ölkəmizə yönəldəcək. Əminəm, biz bunun da öhdəsindən layiqincə gələcəyik.

- Regionlarda vətəndaşların qəbulu zamanı idmanla bağlı daha çox hansı məsələlər səslənir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, regionlarda, ayrı-ayrı şəhərlərimizdə hər ay bir qrup rayonun sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıram. Bu, çox vacib məsələdir. Artıq üç ildir ki, bu görüşlər keçirilir və deyərdim ki, bu bizim vəzifəmizin icrasının tərkib hissəsinə çevrilib. Hər dəfə bölgələrdə olanda, insanlar həvəslə qəbula gələrək, problemlərini bizə çatdırırlar və bir çox halda biz həmin məsələlərin yerindəcə həllinə nail oluruq. Nazirliyimizin fəaliyyət sahəsinə aid olmayan məsələləri isə aidiyyatı üzrə müvafiq orqanlara ünvanlayırıq. Görüşlərə gələnlərin çoxu öz şəxsi problemlərindən söz açır, fəxri ada layiq olduqlarını israr edib, kömək istəyirlər. Biz də onların qaldırdığı məsələlərin müsbət həllinə çalışırıq. Lakin şəxsi məsələ ilə bağlı deyil, ümumi iş naminə maraqlı ideya və təkliflərlə gələnlər də çox olur. Qəbula gələnlər arasında bədən tərbiyəsi işçiləri, idmançıların bir çoxu yaşadıqları kəndlərdə idman qurğularının inşası məsələsində kömək istəyirlər.

- 2016-cı ilin ən böyük idman hadisəsi Rio Olimpiadası olacaq. Hazırlığın gedişi və qazanılan lisenziyalar Sizi qane edirmi?

- Ölkə başçısının hazırlıqla bağlı müvafiq sərəncamı var. Bu iş Gənclər və İdman Nazirliyinin kollegiya qərarı ilə təsdiq edilmiş Konsepsiyaya uyğun aparılır. Milli federasiyalarımız bu prosesdə fəallığı get-gedə daha da artırırlar. İdmançılarımız da gözlədiyimiz nəticələri nümayiş etdirirlər. Hələlik 29 lisenziya qazanılıb. Amma Olimpiya komandamız Rioya yola düşənədək onların sayının 50-dən çox olacağına inanırıq. Düzdür, London, Afina və hətta Pekinlə müqayisədə Rio de Janeyro bizim üçün çox uzaqdır. Buna görə də, idmançılarımızın yerli şəraitə uyğunlaşması əvvəlkilərdən daha mürəkkəb bir proses olacaq. Amma əminəm ki, təcrübəli mütəxəssislərimizin köməyi ilə idmançılarımız Braziliya iqliminə uyğunlaşacaq və vətənə böyük uğurla qayıdacaqlar.

- 2016-cı ildən nə gözləyirsiniz?

- Yalnız qələbə və xoş xəbərlər.

- Sonda ənənəvi sual: yeni ildə ölkəmizə, idmanımıza və gəncliymizə arzularınız?


- Gənclərimiz Azərbaycanın gələcəyidir. Əhalinin böyük çoxluğunu təşkil edən gənclərimiz arasında idmana maraq ilbəil artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə idmançılarımıza və ümumiyyətlə, gənclərimizə dayaq olmaqla, həm də onlara arxalanıb. Gənclərimiz, idmançılarımız da dövlətimizin başçısının etimadını doğrultmağa çalışırlar və buna nail də olurlar. Bundan sonra da idman ictimaiyyətimizə, gənclərimizə dövlətçiliyimizin inkişafı, müstəqilliyimizin möhkəmlənməsi yolunda belə qətiyyətli olmağı arzulayıram.

Söhbətləşdi: Qabil Mehdiyev

Xəbər 1560 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
17.09.2012 “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
01.12.2011 Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
14.10.2011 Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”
17.05.2011 “London Olimpiadasında daha çox idmançı ilə təmsil olunacağıq”


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru