Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
05/08 | 11:15 Futbol üzrə İtaliya A Seriyasının yekunları
05/08 | 10:02 Ferran Torres “Mançester Siti”yə transfer olunub
04/08 | 21:23 ÇFR klubu altıncı dəfə Rumıniya çempionu olub
04/08 | 20:32 “Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib
04/08 | 19:02 “Səbail” klubu makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
04/08 | 18:27 MBA: “Denver Naqqets” 44-cü qələbəsini qazanıb
04/08 | 18:09 Formula 1: İmolada yalnız bir məşq yürüşü keçiriləcək
04/08 | 17:32 Avrokubokların cari mövsümünün qalan oyunları 1 dəqiqəlik sükutla başlayacaq
04/08 | 17:00 MHL-də pley-off mərhələsinin onaltıdabir final görüşləri davam edir
04/08 | 16:19 “Neftçi” klubu Bolqarıstan millisinin üzvü ilə razılaşmayıb
04/08 | 15:51 “Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib
04/08 | 14:21 “Torino”da baş məşqçi dəyişikliyi olub
04/08 | 13:40 İtaliyada qadın tennisçilərin beynəlxalq turnirinə start verilib
04/08 | 13:21 Triatlonçumuz Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
04/08 | 11:42 Ümumdünya Şahmat Olimpiadası gərgin idman mübarizəsi şəraitində davam edir
04/08 | 10:46 İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb
04/08 | 09:01 “Keşlə” “Səbail”in qapısından iki cavabsız qol keçirib
03/08 | 19:09 Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib
03/08 | 18:30 “Zirə” klubuna yeni prezident təyin olunub
03/08 | 17:41 Çağırış kuboku: “Azərreyl”in rəqibi avqustun 21-də müəyyənləşəcək
03/08 | 17:29 Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib
03/08 | 16:14 “Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər
03/08 | 15:55 “Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır
03/08 | 15:31 “Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir
03/08 | 11:30 "Sabah" klubu Ramil Şeydayev ilə müqaviləni yeniləyib
03/08 | 10:19 Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
03/08 | 09:00 FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq
02/08 | 15:10 Yaşar Məmmədov - 85
02/08 | 11:22 İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb
02/08 | 10:16 "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb
01/08 | 23:51 Futbol üzrə İngiltərə kubokunun qalibi müəyyənləşib
01/08 | 19:24 Ümumdünya Şahmat Olimpiadası davam edir
01/08 | 15:28 “Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürüb
01/08 | 14:04 Qızıl fitli iki hakimimizdən biri
01/08 | 12:44 Paulo Dibala İtaliyada ötən ayın ən yaxşı futbolçusu seçilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Gəncə Olimpiya Parkının təməlqoyma mərasimi olub
Tarix: 21.01.2014 | Saat: 23:09:00 | E-mail | Çapa göndər

Yanvarın 21-də Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına respublika əhəmiyyətli, o cümlədən Gəncə bölgəsi üzrə idman yarışlarının keçirilməsi məqsədilə müasir tələblərə uyğun tikiləcək Olimpiya Parkının eskiz layihəsi haqqında geniş məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir. Nəhəng idman qurğusunun layihələndirmə işləri qısa müddətdə başa çatdırılıb.
Azərbaycan Prezidentinə məlumat verildi ki, əsas korpus çevrə və onun ətrafında yığılmış qövs, həmçinin digər əyri xətlərdən quraşdırılmış konfiqurasiyadan ibarətdir. Olimpiya Parkında atıcılıq tiri və stolüstü oyun zalı fəaliyyət göstərəcəkdir. Burada idmanın boks, ağırlıqqaldırma və aerobika növləri üzrə məşqlər və yarışlar üçün hərtərəfli şərait yaradılacaqdır. İdmançı və mütəxəssislərin səmərəli fəaliyyəti və istirahəti də layihədə maksimum nəzərə alınmışdır. Universal salonda yarışların gedişini 1500 tamaşaçı izləyə biləcəkdir.
Respublikamızda, o cümlədən Gəncədə idmanın üzgüçülük növünə maraq ilbəil artır. Olimpiya Parkında da ən yüksək səviyyəli üzgüçülük yarışlarının keçirilməsi və idmanın bu növü ilə məşğul olmaq üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Güləş və gimnastika zalları da müasirliyi ilə seçiləcəkdir. Ümumilikdə, gələcəkdə bu kompleksdə keçiriləcək müxtəlif idman yarışları zamanı tamaşaçılar üçün ən müasir standartlara cavab verən şərait yaradılacaqdır. İdman yarışlarının informasiya təminatı üçün bütün lazımi tədbirlər görüləcək və bu məqsədlə müasir infrastruktur formalaşdırılacaqdır. Bütün otaqlar təyinatından asılı olaraq, yüksək keyfiyyətli inventar və avadanlıqla təchiz olunacaqdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Olimpiya parkında beynəlxalq standartlara uyğun futbol stadionu inşa ediləcəkdir.
Basketbol, voleybol və tennis meydançaları da ən son elmi-texniki yeniliklərə əsaslanacaqdır. Olimpiya Parkında mehmanxana tikintisi də nəzərdə tutulub.
Prezident İlham Əliyevə inşaat işləri zamanı istifadə olunacaq tikinti materialları haqqında da məlumat verildi. Qeyd olundu ki, tikinti işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısına məlumat verildi ki, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoydu.
Dövlətimizin başçısı Olimpiya Parkının inşasının yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.


Xəbər 2287 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
29.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
27.06.2015 Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
08.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru