Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
05/08 | 11:15 Futbol üzrə İtaliya A Seriyasının yekunları
05/08 | 10:02 Ferran Torres “Mançester Siti”yə transfer olunub
04/08 | 21:23 ÇFR klubu altıncı dəfə Rumıniya çempionu olub
04/08 | 20:32 “Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib
04/08 | 19:02 “Səbail” klubu makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
04/08 | 18:27 MBA: “Denver Naqqets” 44-cü qələbəsini qazanıb
04/08 | 18:09 Formula 1: İmolada yalnız bir məşq yürüşü keçiriləcək
04/08 | 17:32 Avrokubokların cari mövsümünün qalan oyunları 1 dəqiqəlik sükutla başlayacaq
04/08 | 17:00 MHL-də pley-off mərhələsinin onaltıdabir final görüşləri davam edir
04/08 | 16:19 “Neftçi” klubu Bolqarıstan millisinin üzvü ilə razılaşmayıb
04/08 | 15:51 “Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib
04/08 | 14:21 “Torino”da baş məşqçi dəyişikliyi olub
04/08 | 13:40 İtaliyada qadın tennisçilərin beynəlxalq turnirinə start verilib
04/08 | 13:21 Triatlonçumuz Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
04/08 | 11:42 Ümumdünya Şahmat Olimpiadası gərgin idman mübarizəsi şəraitində davam edir
04/08 | 10:46 İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb
04/08 | 09:01 “Keşlə” “Səbail”in qapısından iki cavabsız qol keçirib
03/08 | 19:09 Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib
03/08 | 18:30 “Zirə” klubuna yeni prezident təyin olunub
03/08 | 17:41 Çağırış kuboku: “Azərreyl”in rəqibi avqustun 21-də müəyyənləşəcək
03/08 | 17:29 Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib
03/08 | 16:14 “Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər
03/08 | 15:55 “Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır
03/08 | 15:31 “Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir
03/08 | 11:30 "Sabah" klubu Ramil Şeydayev ilə müqaviləni yeniləyib
03/08 | 10:19 Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
03/08 | 09:00 FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq
02/08 | 15:10 Yaşar Məmmədov - 85
02/08 | 11:22 İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb
02/08 | 10:16 "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb
01/08 | 23:51 Futbol üzrə İngiltərə kubokunun qalibi müəyyənləşib
01/08 | 19:24 Ümumdünya Şahmat Olimpiadası davam edir
01/08 | 15:28 “Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürüb
01/08 | 14:04 Qızıl fitli iki hakimimizdən biri
01/08 | 12:44 Paulo Dibala İtaliyada ötən ayın ən yaxşı futbolçusu seçilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Azərbaycan Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib
Tarix: 27.06.2015 | Saat: 04:59:00 | E-mail | Çapa göndər
İyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.

Ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir.

Görüşdə çıxış edən Endrü PARSON dedi:

- Cənab Prezident, Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərdiyiniz üçün Beynəlxalq Paralimpiya Komitəsi adından Sizə “Şərəf” medalını təqdim etmək istəyirəm. Bizim prezident şəxsən özü bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki, səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi. “Şərəf” medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu hərəkata göstərdiyiniz dəstəyə görə Sizə təqdim olunur.

Endrü Parson “Şərəf” medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Prezident İlham ƏLİYEV dedi:

- Çox sağ olun. Təşəkkür edirəm.

Endrü PARSON: Mən Sizə, həmçinin kitab təqdim etmək istəyirəm. Biz bu yaxınlarda Beynəlxalq Paralimpiya Komitəsinin 25 illiyini qeyd etdik. Bu kitabda ən önəmli 25 məqam əks olunur və prezidentimizin də Sizə xüsusi müraciəti var. O, burada Sizinlə bir yerdə ola bilmədiyindən təəssüf hissi keçirdiyini bildirir və məndən şəxsən bu kitabı Sizə təqdim etməyi xahiş edib.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Cənab prezidentə kitab və mükafata görə mənim minnətdarlığımı çatdırın. Belə bir medala layiq görülmək mənim üçün böyük şərəfdir. Bizim paralimpiya hərəkatına göstərdiyiniz dəstək üçün sizə təşəkkürümü bildirirəm. Biz öz paralimpiyaçılarımız üçün ən yaxşı şərait yaratmaq məqsədilə əlimizdən gələni edirik. Elə indicə məşhur, əfsanəvi paralimpiyaçımız İlham Zəkiyev qızıl medal qazandı.

Endrü PARSONS: Təbriklər.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Yəqin siz də bilirsiniz ki, o, məşəli stadiona gətirmişdi. Minlərlə idmançı və məşhur insanlar bütün Azərbaycanı məşəllə dolaşdılar. Onu məşəli stadiona gətirəcək şəxs qismində seçdilər. Bu da onun idmana sadiqliyinin və dövlətimizin, insanlarımızın paralimpiya hərəkatına verdiyi qiymətin təzahürüdür.

Yeddinci dəfədir Azərbaycanda səfərdə olduğunu bildirən Endrü Parson ölkəmizdə paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan Braziliya Paralimpiya Komitəsi ilə də uğurlu əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yeni müvafiq sənədlər də imzalanıb.

Endrü Parson Azərbaycanın paralimpiyaçılarının Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inamını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər aparıldığını və bir neçə il əvvəl Sumqayıtda paralimpiyaçılar üçün təlim mərkəzinin də istifadəyə verildiyini dedi. Dövlətimizin başçısı həqiqətən də Azərbaycan paralimpiyaçılarının mütəmadi uğurlar qazandıqlarını qeyd etdi.

Endrü Parson Azərbaycan Prezidenti İlham Əliyevi Rio-de-Janeyroda həm Olimpiya, həm də paralimpiya Oyunlarında görmək arzusunu çatdırdı.
Xəbər 2104 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.03.2019 Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasına baxıb
18.07.2016 Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi
29.06.2015 Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
29.06.2015 “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
12.06.2015 Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub
09.06.2015 Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər Kəndində görüşüb
08.06.2015 Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi
05.06.2015 Prezident İlham Əliyev Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
25.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
13.05.2015 Azərbaycan Prezidenti İlham Əliyev Veloparkın açılışında iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru