Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” (Madrid) klubu İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Madrid təmsilçisi 4-cü turda öz meydanında "Almeriya" ilə qarşılaşıb.
Görüş "Atletiko"nun qələbəsi ilə başa çatıb. Fasiləyə 2:1 hesabı ilə öndə yollanan “Land of fire Azerbaijan” formalı komanda ikinci hissədə daha iki dəfə fərqlənməklə oyundan qalib ayrılıb.
Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən "Atletiko" turnir cədvəlinə başçılıq edir.