"Land of fire Azerbaijan" formalı "Atletiko"dan növbəti qələbə
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” (Madrid) klubu İspaniya La Liqasında növbəti oyununa çıxıb.

Madrid təmsilçisi 4-cü turda öz meydanında "Almeriya" ilə qarşılaşıb.

Görüş "Atletiko"nun qələbəsi ilə başa çatıb. Fasiləyə 2:1 hesabı ilə öndə yollanan “Land of fire Azerbaijan” formalı komanda ikinci hissədə daha iki dəfə fərqlənməklə oyundan qalib ayrılıb.

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən "Atletiko" turnir cədvəlinə başçılıq edir.

14 sentyabr

"Atletiko" (Madrid) - "Almeriya" - 4:2
Qollar: Vilya, 15 (1:0), Kosta, 37-pen (2:0), Rodri, 40 (2:1), Tiaqo, 64 (3:1), Qarsiya, 67 (4:1), Parreu, 90 (4:2)

Xəbər 987 dəfə oxundu.