“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb. Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən karateçi Rəfael Ağayev klubun karate bölməsinin rəhbəri təyin edilib.
Ağayev həm də idmançı kimi “Qəbələ”nin şərəfini qoruyacaq. Rəfael Ağayev 4 qat Dünya, 10 qat Avropa çempionudu. O bundan əlavə bir sıra yüksək reytinqli yarışların qalibi olub.