«Sərhədçi» Olimpiya-İdman Mərkəzində yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir sonna çatıb. İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, 4-cü yarış günündə meydan gənc «sərbəstlər»ə verilib.
Millimiz əvvəlki günlərdə olduğu kimi, son mübarizədə inamlı təsir bağışlayıb. Bahadırlarımız 3 qızıl, 5 gümüş və 4 bürünc medal qazanaraq, komanda hesabında yenə 1-ci olublar. Qazaxstan 2-ci, Türkiyə seçməsi 3-cü yer tutub.
Qeyd edək ki, qalib və mükafatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə mükafatlandırılıblar.
50 kq
1. Ərnur Kabatayev KAZ
2. Tospolad Jursinov KAZ
3. Narjigit Gyuibay KAZ
3. Əmrə Dəmircan TUR
55 kq
1. Ruslan Surxayev
2. Beka Bujiaşvili GEO
3. Manual Volfer GER
3. Jandos İsmayılov KAZ
60 kq
1. Şota Partenidze GEO
2. Nurlan Hacıyev
3. Aleksandr Semisorov GER
3. Ağabəy Ramazanzadə