Mindauqas Kalonasın Litva yığmasına çağrılmasından sonra “Rəvan”ın daha bir üzvü çıxış etdiyi millidən dəvət alıb. Bakı klubunun “18″ nömrəsi Samuel Barlay Sierra Leone yığmasında oynayacaq.
2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı yarımmüdafiəçini isveçli baş məşqçi Lars-Olof Mattsson martın 23-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Tunislə baş tutacaq oyuna dəvət edib.
Qeyd edək ki, B qrupunda Sierra Leone və Tunis DÇ-nin final mərhələsinə vəsiqə verən 1-ci yer uğrunda mübarizə aparır. Hələ ki 2 turdan sonra Tunisin hesabında 6, Sierra Leonenin aktivində isə 4 xal var.