Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə, 10 yanvar 2025, 08:26:22  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Bakıda daha bir beynəlxalq idman tədbiri keçirilir
Tarix: 13.03.2013 | Saat: 14:53:00 | E-mail | Çapa göndər
UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclası işə başlayıb.

Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclası işə başlayıb. Martın 13-də Bakıdakı “Park İnn” mehmanxanasında UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclası işə başlayıb.

Fövqəladə iclas bu ilin mayında Almaniyanın paytaxtı Berlində dünya bədən tərbiyəsi və idmana məsul nazirlərin və rəsmilərin 5-ci konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı tamamlanma işlərini görmək məqsədi daşıyır.

İclasda 50-dən çox nümayəndə iştirak edir.
Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov iştirakçıları salamlayıb və iclasın işinə müvəffəqiyyətlər arzulayıb.

Nazir bildirib ki, UNESCO tərəfindən idman da daxil olmaqla müxtəlif istiqamətlərdə həyata keçirilən və idman sahəsində mövcud olan mənfi halların qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə yönəldilmiş tədbirlər bizim hamımıza çox yaxşı məlumdur. Bu, idmanın inkişafı sessiyası zamanı keçirəcəyiniz müzakirələrin mərkəzində duran mövzu olacaq. Bu sessiyanın dünyada idmanla bağlı məsələlərin həlli naminə əməkdaşlığın artırılmasına verilən töhfələrdən biri olacağına inanıram.

A.Rəhimov qeyd edib ki, Azərbaycanın paytaxtı Bakının bu tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi fakt deyil. Ölkəmizdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında idman və bədən tərbiyəsinin inkişafına böyük önəm verilir. Gənc nəslin sağlam ruhda tərbiyə edilməsi, kütləvi idman və bədən tərbiyəsi tədbirlərinin keçirilməsi, yüksək peşə göstəriciləri nümayiş etdirən idmançıların hazırlanması, Olimpiya Hərəkatının populyarlığının artırılması, idman sahəsində mövcud qanunvericilik və maddi-texniki bazanın təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritetlərinə çevrilib. Ölkəmizin idman potensialı ildən-ilə güclənir. Hazırda idman ictimai həyatın ayrılmaz və olduqca əhəmiyyətli tərkib hissəsinə çevrilib. İdmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər gənclər arasında idmana marağın artmasına səbəb olur.

Nazir vurğulayıb ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, müxtəlif idman federasiyaları və təşkilatları arasında bərqərar olmuş işgüzar əməkdaşlıq sayəsində Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdman dünyasında qazandığı etibar sayəsində Bakı 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb.

Nazir deyib ki, iclas çərçivəsində müzakirə ediləcək məsələlərdən biri də razılaşdırılmış oyunlarla bağlı edilən manipulyasiyalara qarşı idmanın dürüstlüyünün təşviq edilməsidir. Nəticələrin manipulyasiya edilməsinə qarşı idmanın dürüstlüyünü möhkəmləndirmək və onu müdafiə etmək məqsədilə bu sahədə mövcud olan müsbət təcrübələrdən bəhrələnmək lazımdır. Hələlik biz Azərbaycanda bu sahədə ciddi pozuntuların olmasını müşahidə etmirik, lakin ölkədə idmanın populyarlığı artdıqca və mərc oyunlarında internet vasitəsilə iştirak etmək imkanları genişləndikcə biz də müvafiq tədbirlər görürük.

Tədbirdə çıxış edən UNESCO-nun sosial və humanitar sektorunun nümayəndəsi xanım Pilar Alvarez-Laso iclasın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, iclasın Bakıda keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycanın paytaxtı artıq mötəbər tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. Həm də Bakı çox ecazkar şəhər və qədimliyini qoruyan, Qərb və Şərq elementlərini özündə cəmləşdirən bir məkandır.

Azərbaycanda növbəti dəfə olmasından məmnunluğunu ifadə edən P.Alvarez-Laso ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işləri və dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Həmçinin vurğulayıb ki, idman oyunlarının nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı güclü beynəlxalq hüquqi sənədlər hazırlanıb və aidiyyəti qurumlar arasında davamlı əməkdaşlıq yaradılıb.

Qonaq bildirib ki, əlilliyi olan insanların idmana cəlb olunması çox vacib amillərdən biridir. Bu təbəqədən olan insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün onların idman və bədən tərbiyəsinə cəlb edilməsi daha məqsədəuyğundur.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iclasın əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq durmadan inkişafdadır. Azərbaycanın iki obyekti – İçərişəhər və Qobustan UNESCO-nun dünya irsi siyahısına daxil edilmişdir. Son illərdə bizim mədəniyyətin bir neçə elementi - muğam və aşıq sənəti, Novruz bayramı, milli xalçaçılıq sənəti və tar da bu təşkilatın qeyri-maddi irs siyahısına əlavə edilmişdir. Ölkəmiz UNESCO-da 6 hökumətlərarası komissiyanın üzvüdür və bir neçə konvensiyaya qoşulub.

G.Əfəndiyeva diqqətə çatdırıb ki, UNESCO ilə Azərbaycanın əməkdaşlığının bugünkü səviyyəyə çatmasında ilk növbədə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, bu təşkilatda böyük nüfuz sahibi olan Mehriban Əliyevanın səylərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəni abidələrin qorunub saxlanmasına və bərpa edilməsinə böyük diqqət yetirir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan G.Əfəndiyeva işğal edilmiş ərazilərimizdə olan mədəniyyət abidələrinin vəziyyətinə görə Azərbaycanın nigaranlıq keçirdiyini diqqətə çatdırıb. Söyləyib ki, bu istiqamətdə mühüm addımlar atmışıq. Bu məsələ UNESCO kimi nüfuzlu təşkilat çərçivəsində qaldırılmışdır.

Azərbaycan idmançılarının qazandıqları nailiyyətləri yüksək qiymətləndirən G. Əfəndiyeva, iclas iştirakçılarını 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarını izləməyə dəvət edib.
Üç gün davam edəcək fövqəladə iclasda oyunların nəticələrinə hər hansı müdaxiləyə qarşı və idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzuları müzakirə olunacaqdır.

UNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin ötən il aprelin 18-19-da İsveçrənin Lozanna şəhərində keçirilmiş iclasında komitənin fövqəladə iclasının və daimi məşvərətçi Şuranın iclasının 2013-cü il martın 13-dən 15-dək Bakıda keçirilməsi qərara alınmışdı.


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1457 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.11.2024 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
22.11.2024 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
20.11.2024 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19.11.2024 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
06.11.2024 Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
06.11.2024 Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib
21.10.2024 Gənclər və İdman Nazirliyi "Sağlam həyat" layihəsi çərçivəsində Goranboyda tədbir keçirib
18.10.2024 Gənclər və İdman Nazirliyi “Sağlam həyat” layihəsi çərçivəsində Göygöl və Naftalanda tədbir keçirib
17.10.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
16.10.2024 FHN-in əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru