Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
36 |
26 |
5 |
5 |
97-37 |
83 |
2 |
Zirə |
36 |
16 |
10 |
10 |
33-22 |
58 |
3 |
Sabah |
36 |
17 |
7 |
12 |
50-40 |
58 |
4 |
Sumqayıt |
36 |
15 |
12 |
9 |
37-38 |
57 |
5 |
Neftçi |
36 |
16 |
8 |
12 |
51-40 |
56 |
6 |
Turan Tovuz |
36 |
13 |
9 |
14 |
53-53 |
48 |
7 |
Səbail |
36 |
11 |
9 |
16 |
50-60 |
42 |
8 |
Araz-Naxçıvan |
36 |
9 |
9 |
18 |
31-50 |
36 |
9 |
Kəpəz |
36 |
9 |
8 |
19 |
39-67 |
35 |
10 |
Qəbələ |
36 |
7 |
5 |
24 |
30-64 |
26 |
|
|
|
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib |
|
Tarix: 04.05.2024 | Saat: 16:21:00 | E-mail | Çapa göndər
|
|
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa növlərində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.
2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıblar. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu olublar.
2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemləri qələbə qazanıb. 2009-cu il və daha kiçik idmançılar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütlükləri bütün rəqiblərinə qalib gəliblər.
Qarışıq-qoşa yarışda 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion olublar.
Xatırladaq ki, mayın 1-də startı verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən, 2005-2008-ci il təvəllüdlü qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı-1 kollektivi birinci yeri tutmuşdu. 2009-cu il və daha kiçik təvəllüdlü qızların mubarizəsindən Bakı-1, oglanların yarışından isə Şabran komandası qalib ayrılmışdı.
Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən nazirliyin diplom və medalları, həmçinin federasiyanın mükafatları təqdim olunub.
|
|
|
|
Xəbər 228 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|