Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
Son olaraq üç qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 8-ci, qonaqlar 15 xalla sonuncu pillədə qərarlaşıblar.
Çempionatda ardıcıl 8 matçda qələbə qazana bilməyən "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Görüş saat 17:15-də start götürəcək. Paytaxt klubu 31 xalla dördüncü, "gənclik şəhəri" təmsilçisi 34 xalla ikincidir.
Tura "Araz-Naxçıvan" - "Neftçi" oyunu ilə yekun vurulacaq. Bu matçın start fiti saat 19:30-da səslənəcək. Naxçıvan klubu 27 xalla yeddinci, "ağ-qaralar" 32 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
XXII tur
13 fevral
15:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev/
Hakim-inspektor: Ramil Diniyev/
AFFA nümayəndəsi: Nəriman Axundov/
Tovuz şəhər stadionu
17:15. “Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov/
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İK stadionu
19:30. “Araz-Naxçıvan”– “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Dalğa Arena”
Qeyd edək ki, turun əvvəlki matçlarında "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.
|