"Şahdağ" Turizm Mərkəzində keçirilən həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirinə yekun vurulub.
Altı yaş kateqoriyasında çıxış edən həvəskar xizəkçilərin mükafatlandırma mərasimi keçirilib.
18-25 yaş kişilər arasında Ramiz Ağayev 1-ci, Cəmil Qarayev 2-ci, Arif Aşurbəyov isə 3-cü yerə layiq görülüb.
26-45 yaş kateqoriyalı kişilər arasında Rəşad Mədətov 1-ci, Amir Abdullayev 2-ci, Emin Rəsulov isə 3-cü olub.
26-45 yaş kateqoriyalı qadınlar arasında Anna Vəliyeva 1-ci, Günay Abdullayeva isə 2-ci yerə layiq görülüb.
46 yaş və yuxarı qadınların yarışında Mona Krems birinci yeri tutub.
46 yaş və yuxarı kişilərin yarışında Nikolay Podbereznikov 1-ci, Sergey Zaridov 2-ci, Svoren Vlodemir isə 3-cü olub.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub.
Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord, fevralın 24-də isə uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.
|