Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
Ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.
Bu gün MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaqlar. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Oyun saat 19:00-da başlayacaq.
Hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.