Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatında komanda hesabında ikinci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan yığması vətənə qayıdıb.
1 gümüş və 3 bürünc medal qazanan komandanı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıblar.
Xatırladaq ki, dünya çempionatında Xasay Həsənli (77 kiloqram) gümüş, Fərid Sadıxlı (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) isə bürünc medal qazanıb.
|