AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.
İclasda qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədr vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə komitənin sədri seçilib.