Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Çiftçini mübarizədən kənarlaşdırıb.
O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Ş. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.
Rauf Rəhimov (92 kiloqram) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından Azərbaycan təmsilçisi yarışla vidalaşıb.
Qeyd edək ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa Kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.
|