Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/09 | 13:53 Əsl Avropa komandası
22/09 | 13:52 Azərbaycanın finala çıxmış güləşçisi: Çox həyəcanlı idim
22/09 | 13:19 UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyunu keçiriləcək
22/09 | 13:15 Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır
22/09 | 13:14 Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib
21/09 | 23:59 Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu
21/09 | 23:47 Tahir Gözəl: Bu qələbə bizə lazım idi
21/09 | 23:30 “Molde” klubunun baş məşqçisi: Rəqib qələbəyə layiq idi
21/09 | 20:04 Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib
21/09 | 20:03 Sənan Süleymanov erməni güləşçiyə qalib gələrək finala yüksəlib və olimpiadaya
21/09 | 20:01 “Qarabağ”-“Molde” matçının start heyəti açıqlanıb
21/09 | 19:51 Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
21/09 | 19:49 Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb
21/09 | 19:46 Azərbaycan Stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində daha 4 medal qazanıb
21/09 | 19:45 İlqar Aslanov: Qazaxıstanla oyunda qalib gəlsək, şansımız daha da artacaq
21/09 | 16:11 Futzal üzrə milli komandanın kapitanı azarkeşlərə müraciət edib
21/09 | 16:09 FIFA: Azərbaycanın reytinq cədvəlindəki mövqeyi dəyişməyib
21/09 | 16:05 Azərbaycanın oğlanlardan ibarət millisi beynəlxalq turnirdə iştirak edəcək
21/09 | 13:45 "Araz-Naxçıvan" zədəli futbolçuların son durumunu açıqlayıb
21/09 | 13:45 Gimnast Aysel Mustafazadə: Naxçıvanda yarışmaq çox gözəl hissdir
21/09 | 11:46 Dünya çempionatı: Azərbaycanın Yunan-roma güləşçiləri mübarizəyə başlayır
21/09 | 11:44 Qallo: Qrup liderliyi üçün şanslarımız davam edir
21/09 | 11:43 Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirə start verilib
21/09 | 11:41 FIFA agenti olmaq istəyənlər imtahan verib
21/09 | 10:26 UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsində bu gün ilk oyununu keçirəcək
21/09 | 09:20 Çempionlar Liqası: “Bavariya” “Mançester Yunayted”i məğlub edib
20/09 | 18:07 UEFA Avropa Liqasının oyunu ərəfəsində Qarabağdakı vəziyyəti müşahidə etdiyini bildirib
20/09 | 18:06 Azərbaycan voleybol yığması Şərqi Avropa Zonal Assosiasiyasının çempionatında iştirak edəcək
20/09 | 16:21 Azərbaycan millisi Avropa Superfinalında növbəti oyununu keçirib
20/09 | 16:18 Yunis Hüseynov: “Qarabağ”ın “Molde” komandasına qalib gələcəyini düşünürəm
20/09 | 16:17 Maksim Medvedev: İnanıram ki, belə həvəslə daha irəli gedə biləcəyik
20/09 | 16:15 Qurban Qurbanov: Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq
20/09 | 16:14 Bakı metropoliteni “Qarabağ” – “Molde” oyunu ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq
20/09 | 16:11 “Sabah” basketbol klubunun kapitanı: Qrupu birinci yerdə bitirmək istəyirik
20/09 | 16:09 Azərbaycan parataekvondoçuları Qran-Pri turnirini üç medalla başa vurublar
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 6 5 0 1 6-2 15
2 Qarabag 6 3 1 2 9-5 10
3 Turan Tovuz 6 3 1 2 11-8 10
4 Sebail 6 3 1 2 11-9 10
5 Araz-Naxçıvan 6 3 1 2 7-7 10
6 Nefci 6 2 2 2 5-4 8
7 Sumqayit 5 2 1 2 7-5 7
8 Sabah 5 1 1 3 6-7 4
9 Kəpəz 6 1 1 4 3-9 4
10 Qəbələ 6 1 1 4 4-13 4
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 5 4 1 0 13-1 13
2 Avstriya 5 4 1 0 12-4 13
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 0 1 3 2-11 1
5 Estoniya 5 0 1 4 2-16 1
Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar başa çatıb
Tarix: 15.09.2023 | Saat: 20:34:00 | E-mail | Çapa göndər
Bakıda voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb.

Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-dən 15-dək davam edən “Level 2” seminarı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutub.

Yerli və xarici mütəxəssislərin, həmçinin qadın voleybolçulardan ibarət millimizin üzvlərinin iştirak etdiyi seminara türkiyəli Çengiz Akarçeşmə rəhbərlik edib, onun köməkçisi isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi Nihad Tanrıverdiyev olub.

Seminar nəzəriyyə və təcrübədən ibarət olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminarın sonuncu günündə mütəxəssislər nəzəri, ardınca isə praktiki imtahanda iştirak ediblər. Hər bir iştirakçı imtahanlardan uğurla keçərək FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.

Daha sonra seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov, türkiyəli Çengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.

B.Quliyev çıxış edərək hər bir iştirakçını seminarı uğurla başa vurduğu üçün təbrik edib. Bildirib ki, AVF ölkədə voleybolçuların yetişdirilməsi ilə yanaşı, məşqçilərin peşəkarlığının artırılmasına da diqqət ayırır. Ümumilikdə voleybolun inkişafı və bu idman növünə marağın yüksəldilməsi istiqamətində belə seminarların gələcəkdə də keçiriləcəyini vurğulayıb, mütəxəssislərə fəaliyyətlərində uğurlar arzulayıb.

Ç.Akarçeşmə bu həftənin gərgin və yorucu keçdiyini bildirib. O qeyd edib ki, klub mövsümünün başlanmasına baxmayaraq, həm voleybolçular, həm də mütəxəssislər seminarı uğurla başa vurublar. Türkiyəli mütəxəssis belə vaxtda bu seminarın təşkilinin yüksək səviyyədə həyata keçirildiyi üçün AVF rəhbərliyinə təşəkkürünü bildirib. Federasiyanın bu seminarlarla yanaşı, uşaq voleybolunun inkişafı istiqamətində də ciddi tədbirlər gördüyünü deyən qonaq yaxın gələcəkdə bu işlərin nəticə verəcəyinə inamını bildirib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin “Level 1” seminarı keçirilib. Noyabrda isə paytaxtda “Level 3” beynəlxalq seminarının keçirilməsi nəzərdə tutulur.
Xəbər 36 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.09.2023 Azərbaycan voleybol yığması Şərqi Avropa Zonal Assosiasiyasının çempionatında iştirak edəcək
19.09.2023 Azərbaycanı ölkə xaricində təmsil edəcək voleybolçular bəlli olub
18.09.2023 Azərbaycan klubları çimərlik voleybolu üzrə Avropa Kubokunda iştirak edəcəklər
14.09.2023 “Azərreyl” klubu ABŞ voleybolçusu ilə güclənib
14.09.2023 Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi İtaliyada Avropa çempionatının final oyununu izləyəcək
13.09.2023 Hacıqabulda yeniyetmə və gənc voleybolçular üçün düşərgə təşkil olunub
12.09.2023 “Azərreyl” xorvatiyalı hücumçunu transfer edib
11.09.2023 Millimizin voleybolçusu: Avropa çempionatında bütün gücümüzü ortaya qoyduq
11.09.2023 Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib
10.09.2023 "Gəncə" üç rusiyalı voleybolçunu heyətinə qatıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru