“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Nigeriyalı hücumameyilli yarımmüdafiəçi Cesse Sekidika bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı vingerlə 2+1 illik müqavilə bağlanıb.
Afrikalı oyunçu yeni komandasında 70 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Cessi Sekidika karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Lyöven” (2021) klublarında oynayıb.