Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 05:49:48  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Abdulla Rzayev: “Neftçi” ilə oyunda müsbət nəticələri təkrarlamaq üçün mübarizə aparacağıq
Tarix: 05.09.2023 | Saat: 07:47:00 | E-mail | Çapa göndər
Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”in formasını geyinmişəm. Bu komanda üçün doğma meydan amilinin necə əhəmiyyət daşıdığını yaxşı bilirdim. Yerli azarkeşlər komandaya olduqca yaxşı dəstək verirlər.

Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Abdulla Rzayev Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı müdafiəçi matça hazırlıqlı başladıqlarını bildirib: “Motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Sevindirici haldır ki, bunu bacardıq”.

Gənc oyunçu ötən mövsüm formasını geyindiyi komandaya qarşı bu dəfə rəqib qismində mübarizə aparmağın qəribə hisslər yaşatdığını vurğulayıb: “Halbuki ötən il həmin meydana “Kəpəz”ə qələbə qazandırmaq üçün çıxırdım. Rəqib qismində gəlsəm də, yerli azarkeşlər məni isti qarşıladılar. Onlara təşəkkür edirəm. Futbolçu karyerası elədir ki, ötən il Gəncə azarkeşlərini sevindirmək üçün çalışırdım, bu gün Naxçıvan futbolsevərlərinə eyni hissi yaşatmaq üçün mübarizə aparıram. Sabah necə olacaq, onu zaman göstərəcək”.

Onun sözlərinə görə, futbolda əsas nəticədir: “Əlbəttə, baxımlı oyun nümayiş etdirmək yaxşıdır, amma bunu nəticəyə çevirə bilmirsənsə, komandana ziyan vurursan. “Kəpəz”lə matçda isə nəticə əsas idi. Matçdan əvvəl hər iki komanda eyni sayda xala malik idi. Bir növ 6 xallıq görüş idi”.

Rzayev milli komandanın oyunları ilə bağlı yaranmış fasiləni komandası üçün qənimət hesab etdiyini vurğulayıb: “Çünki yay fasiləsi zamanı gec yığışdıq, təlim-məşq toplanışı keçirmədik. Komanda üzvləri indi-indi bir-birini başa düşməyə, meydanda anlamağa başlayıb. Düzdür, fasilə zamanı “Araz-Naxçıvan”ın düşərgəsində olmayacağam. U-21-in Serbiya ilə keçirəcəyi oyunun hazırlığına dəvət olunmuşam. Bir futbolçu üçün milliyə dəvət almaq, onun uğurları üçün çalışmaq hər zaman fəxrdir. Geri döndükdən sonra yenə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağam”.

Futbolçu ölkə çempionatının VI turunda “Neftçi” ilə qarşılaşmanın xeyli çətin olacağını əlavə edib: “Rəqib çempionluğa iddialıdır, yeni heyət yığıb, məşqçilər heyətini dəyişib. Amma “Araz-Naxçıvan” arxada qalan 5 turda qazandığı müsbət nəticələri bu görüşdə də təkrarlamaq üçün mübarizə aparacaq”.
Xəbər 182 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.11.2024 UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb
23.08.2024 Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
23.08.2024 UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
23.08.2024 Azərbaycan Premyer Liqası: Turun ilk matçında autsayderlər qarşılaşacaq
16.08.2024 Həvəskarlar arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib
07.07.2024 "Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub
21.06.2024 AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb
14.06.2024 Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib
07.06.2024 Azərbaycanın U-19 millisi Türkiyə yığması ilə qarşılaşıb
07.06.2024 Azərbaycanın amputant millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru