Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/11 | 14:19 Türkiyənin məşhur futbol klubu dağılır
28/11 | 14:17 “Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarılıb
28/11 | 12:09 Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar
28/11 | 10:36 Qurban Qurbanova həsr olunmuş filmin premyerasında mütəxəssis göz yaşlarını saxlaya bilməyib
27/11 | 20:20 “Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib
27/11 | 18:02 Azərbaycan Kuboku: İkinci təsnifat mərhələsinin hakimləri açıqlanıb
27/11 | 14:39 Prezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
27/11 | 14:17 “Sabah”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley oyununu keçirib
27/11 | 12:25 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
27/11 | 11:58 Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
27/11 | 11:35 Azərbaycanlı qardaş hakimlər Avropa Liqasının oyununu idarə edəcəklər
27/11 | 10:37 Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb
27/11 | 10:23 AFFA Hakimlər Komitəsinin sədri avrokubok oyununa təyinat alıb
27/11 | 09:45 Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman Şəbəkəsi Təşkilatının üzvlüyünə qəbul edilib
27/11 | 09:06 “Sumqayıt” – “Zirə” oyununda qapılara top vurulmayıb
26/11 | 18:15 Azərbaycan Premyer Liqası: “Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb - 1:1
26/11 | 17:28 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
26/11 | 16:01 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
26/11 | 11:58 Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atıblar
26/11 | 11:03 Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
26/11 | 09:59 Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi olub
26/11 | 09:32 Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb
26/11 | 09:11 Bakıda atletikanın atma növləri üzrə məşq bazası açılıb
25/11 | 17:07 Premyer Liqa: “Səbail” – “Kəpəz” oyununda qalib müəyyənləşməyib
25/11 | 16:35 "Heydər Əliyev İli"nə həsr olunmuş boks birinciliyinin qalibləri müəyyənləşib
25/11 | 15:10 Azərbaycan və Tatarıstanın idman akademiyaları arasında memorandum imzalanıb
25/11 | 14:50 İngiltərə derbisi: Mançesterdə liderlərin dueli
25/11 | 14:05 AFFA Arbitraj Tribunalının növbəti qərarları açıqlanıb
25/11 | 11:30 Azərbaycanın MMA döyüşçüsü dünya çempionu olub
25/11 | 10:51 Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
24/11 | 22:38 Premyer Liqa: "Qarabağ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib
24/11 | 20:41 Milli Olimpiya Komitəsində Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüş olub
24/11 | 19:30 Bakıda beynəlxalq futzal turniri keçiriləcək
24/11 | 18:05 Bakıda keçirilən ultramarafon qaçışının qalibləri mükafatlandırılıb
24/11 | 17:00 Azərbaycan şahmatçısı dünya çempionu olub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 11 6 2 3 21-10 20
3 Səbail 11 6 2 3 15-11 20
4 Araz-Naxçıvan 11 5 3 3 19-17 18
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan-Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
Azərbaycan futbolundan bir Şəhriyar keçdi
Tarix: 28.08.2023 | Saat: 17:03:00 | E-mail | Çapa göndər
Azərbaycan futbol ictimaiyyəti ötən həftə acı xəbərlə sarsıldı.

Millimizin sabiq müdafiəçisi Şəhriyar Rəhimov avqustun 25-də amansız xəstəlikdən dünyasını dəyişdi. Karyerası ərzində yaşıl meydanlarda girdiyi mübarizələrin bir çoxundan qalib ayrılan Şəhriyar, təəssüf ki, xərçəng xəstəliyi ilə bacarmadı. 34 yaşında gözlərini bu dünyaya əbədi yuman Şəhriyar avqustun 26-da Xırdalan şəhər qəbiristanlığında dəfn olundu.

Bəs, Şəhriyar Rəhimov istər futbolçu, istərsə də insan kimi yaddaşlarda necə qaldı? Bu suala cavab tapmaq üçün mərhum oyunçunun birlikdə çalışdığı və oynadığı futbol adamlarına müraciət etdik.

Hazırda “Səbail”in baş məşqçisi olan Şahin Diniyev açıqlamasında Şəhriyarın xasiyyətinə və oyununa hələ “Kəpəz”in sükanı arxasında olarkən bələd olduğunu bildirib: “Onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır, yoxluğuna alışa bilmirəm. İnana bilmirəm ki, belə bir insan artıq həyatda yoxdur. Yeri cənnət olsun, nur içində yatsın. Olduqca gözəl insanı itirdik, çox heyif. Şəhriyar “Kəpəz”də mənim həm futbolçum, həm komandanın kapitanı olub. “Səbail”in hazırkı heyətinin formalaşmasında çox böyük rol oynayıb. Şəhriyarla bağlı bir çox planlarımız var idi. 34 yaşında həyatdan köçdü. Bu, ona yaraşmayan ölüm oldu. Getməyin yox, yaşamağın vaxtı idi. Özümü çox pis hiss edirəm. Bu vəziyyətdə heç nə haqqında düşünə bilmirəm. Şəhriyar həmişə istəyirdi ki, komanda yaxşı vəziyyətdə olsun. Bundan sonra onun ruhunu şad etmək üçün oynayacağıq. Cümlə qurmaq çətindir. Hərdən inanmıram, öz-özümə deyirəm ki, yalan xəbərdir. Onunla bağlı xatirələrim çoxdur, ancaq indi danışa bilmirəm”.

Şəhriyar Rəhimovun “Səbail”də baş məşqçisi olmuş Aftandil Hacıyev də keçmiş oyunçusu barədə müsbət fikirlər səsləndirib: “Onun haqqında çox danışmaq olar. Ən yaxşı günlərimiz “Səbail”dəki ilk ilimizdə olub. Birlikdə çox yaxşı işlər gördük. Düşünürəm ki, “Səbail”in uğurlarının əsas səbəbkarlarından biri də elə məhz Şəhriyar idi. Əsl peşəkar, əsl kapitan idi. Daima öz oyunu və xarakteri ilə gənclərə, digər futbolçulara örnək olub. Çox güvəndiyim, inandığım futbolçulardan biri idi. Həmin il Şəhriyarı daha yaxından tanıdım və aramızda yaxşı münasibət yarandı. Bir neçə il bir yerdə çalışmalı olduq. Düzdü, bir ara “Zirə”yə transfer oldu, lakin sonra yenə “Səbail”ə qayıtdı. Həmin vaxt xəstəliyi ortaya çıxdı və buna görə çox əziyyət çəkdi. Bu gün Şəhriyar aramızda yoxdur və çox məyusuq. Xəbəri eşidəndən hələ də təsir altındayam. Həqiqətən də layiqli ata, futbolçu və şəxsiyyət idi. Ölkə futbolu sağlam təfəkkürlü və düşüncəli bir şəxsiyyəti itirdi. Belə insanlar çox nadir hallarda futbolumuzda üzə çıxır. Şəhriyar öz adı və oyunu ilə Azərbaycan futbolunda özündən söz etdirə bildi. Milli səviyyəsinə kimi qalxdı. Əfsuslar olsun ki, bu gün onun haqqında yalnız xatirələr qalıb. Ailəsinə başsağlığı verirəm, səbir diləyirəm”.

Şəhriyar Rəhimov “Zirə”də Rəşad Sadıqovun rəhbərliyi altında da çıxış edib. Sadıqov millimizin keçmiş üzvünün ölümünü Azərbaycan futbolu üçün böyük itki adlandırıb: “Yaxşı idmançı, yaxşı insanı itirdik. Allah ona rəhmət eləsin, hamımız kədər içindəyik. Gözümün qabağından getmir. Həm futbol, həm də futboldan kənar gözəl münasibətlərimiz var idi. Çox əxlaqlı insan idi, yaxşı xasiyyəti var idi. Ətrafında olan hamı onu çox istəyirdi. Futbol ictimaiyyətimiz üçün böyük itkidir. Hələ uzun illər futbolumuza faydası dəyə bilərdi. Karyerasını tamamladıqdan sonra çox uğurlu seleksiyaçı kimi fəaliyyət göstərirdi. Bir sözlə, çox yaxşı insanı, bacarıqlı futbol adamını itirdik. Allah Şəhriyara rəhmət eləsin, ailəsinə səbir versin!”

Rəhimovun “Səbail”dən keçmiş komanda yoldaşı olan Rahid Əmirquliyev onun heç bir mənfi xüsusiyyətinin olmadığını vurğulayıb: “Şəhriyar haqqında ancaq xoş sözlər söyləmək olar. Çox yaxşı futbolçu, gözəl insan idi. Azərbaycan futbolu üçün ağır itki oldu. Karyerasını bitirsə də, futbolun içində idi, “Səbail”də çalışırdı. Azərbaycan futboluna çox fayda verib. Şəhriyarı çoxdan tanıyırdım. Demək olar ki, onunla bütün aşağı yaş qrupları üzrə milli komandalarda çıxış etmişəm. Həmçinin “Səbail”də də neçə il çiyin-çiyinə oynamışıq. Münasibətimiz çox yaxşı idi. Nə qədər ağır olsa da, onun ölümünü qəbul etməliyik. Mən inanmıram ki, kimsə Şəhriyar haqqında mənfi nəsə desin. Ailəsinə və yaxınlarına səbir diləyirəm”.
Xəbər 55 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.11.2023 Türkiyənin məşhur futbol klubu dağılır
28.11.2023 “Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarılıb
27.11.2023 Azərbaycan Kuboku: İkinci təsnifat mərhələsinin hakimləri açıqlanıb
27.11.2023 “Sabah”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley oyununu keçirib
27.11.2023 Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb
27.11.2023 “Sumqayıt” – “Zirə” oyununda qapılara top vurulmayıb
26.11.2023 Azərbaycan Premyer Liqası: “Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb - 1:1
25.11.2023 Premyer Liqa: “Səbail” – “Kəpəz” oyununda qalib müəyyənləşməyib
25.11.2023 İngiltərə derbisi: Mançesterdə liderlərin dueli
25.11.2023 AFFA Arbitraj Tribunalının növbəti qərarları açıqlanıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru