UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start verilib.
ilk oyun günündə üç qarşılaşma baş tutub.
Belçika “Antverpen”i evdə Kiprin AEK klubunu minimal hesabla üstələyib – 1:0. Üçüncü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Polşa “Rakuv”u doğma meydanda Danimarka “Kopenhagen”inə eyni hesabla uduzub. Gecənin ən məhsuldar matçı isə Şotlandiyada “Reyncers” və Niderlandın PSV komandaları arasında baş tutub. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib.