Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanın bir boksçusu finala yüksəlib, ikisi bürünc medal qazanıb.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mexlarə Məmmədova qazaxıstanlı Anel Kudalbergenlə mübarizədən məğlub ayrılaraq, üçüncü yerin sahib olub.
Daha sonra rinqə çıxan Tural Sarıyev (51 kiloqram) Rusiya təmsilçisi Andrey Salatova qalib gələrək finala vəsiqə qazanıb.
Şəmsi Şahbazov (71 kiloqram) yarımfinalda Venesueladan olan rəqibi Cedeno Zarrameniyə uduzduğu üçün yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
|