Avstraliyada qadın futbolçular arasında təşkil olunan dünya çempionatında üçüncü yerin sahibi bəlli olub.
Bürünc medallar uğrunda oyunda ev sahibləri ilə İsveç millisi üz-üzə gəlib.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn skandinaviyalılar dünya üçüncüsü olublar. İsveç yığmasının qollarını 30-cu dəqiqədə penaltidən Frodolina Rolfyö və 62-ci dəqiqədə Kosovare Asllani vurublar. Komanda tarixində 4-cü dəfə mundialın bürünc medallarını qazanıb.
Qeyd edək ki, dünya çempionatının final oyunu avqustun 20-də İspaniya və İngiltərə yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.