Yeniyetmə və gənc stolüstü tennisçilərimiz bu gün Polşanın Qliviçe şəhərində başlayan Avropa çempionatında mübarizəyə qoşulacaqlar.
Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Gənclərin yarışında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə və Nigar Mahmudova etimadı doğrultmağa çalışacaqlar.
Yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova güclərini sınayacaqlar.
Qeyd edək ki, seçmə komandamızın üzvləri məsul yarışa Çexiyada hazırlaşıblar. İdmançılarımız məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında iyulun 3-dən 13-dək sözügedən ölkənin Havirov şəhərində təlim-məşq toplanışında olublar.
|