Polşada keçirilən III Avropa Oyunlarında kikboksinq yarışları start götürüb.
Bu gün dörddəbir final görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov (63,5 kq) bu mərhələdə Filip Barak (Slovakiya) ilə görüşüb. 3:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb. O, bununla da ən azı bürünc medalı təmin edib. Təmsilçimiz finala vəsiqə uğrunda döyüşə iyulun 1-də çıxacaq.
Qeyd edək ki, digər kikboksçumuz Elşad Şahbazov (86 kq) bu raundda Artyom Melniklə (Ukrayna) qarşılaşacaq.