“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq.
II təsnifat mərhələsinin ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.