“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayıb.
Baş məşqçi başa çatan müqavilənin müddətini 2025-ci ilin yayınadək uzadıb. Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir.