Bu gün Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək.
Oyunların ilk rəsmi günündə yeddi idman növü üzrə yarışlar təşkil olunacaq.
İdmançılar atletika və çimərlik həndbolunda mübarizəyə qoşulacaqlar. Həmçinin sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padeldə yarışlar başlayacaq.
Azərbaycan yığması bu növlərdən ikisində təmsil olunacaq. Atletlərimiz bu növdəki ikinci yarış günündə güclərini sınayacaqlar. Həmçinin padeldəki təmsilçilərimiz mübarizəyə qoşulacaqlar.
Günə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq açılış mərasimi ilə yekun vurulacaq.