Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Burhaniyə şəhərində təşkil olunan “Bioderma Beach Pro Tour” yarışında iştirak edəcəklər.
Beynəlxalq turnir bu gün start götürəcək.
İyunun 22-dək davam edəcək yarışda Azərbaycanı Fidan Əhmədxanova - Larisa Smeltsova cütü təmsil edəcək. Ümumilikdə 24 komandanın mübarizə aparacağı “Bioderma Beach Pro Tour”un qalibləri medal, kubok və pul mükafatı ilə yanaşı, reytinq xalları da qazanacaqlar.