Təmsilçilərimiz Ləman Həmidova ilə Aydan Hüseynova Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün təşkil etdiyi seminara dəvət alıblar.
Azərbaycan Yüksək Liqasının hakimləri aprelin 5-dən 12-dək Çexiya paytaxtı Praqada keçiriləcək seminara qatılacaqlar.
Yeniyetmələr arasında beynəlxalq turnir çərçivəsində təşkil olunacaq seminarda fərqlənən hakimlər EHF-in növbəti seminarlarında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, beynəlxalq seminar fiziki testlər, oyun qaydaları və hakimlik metodikası üzrə keçiriləcək.