Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Suada Dilberoviç” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Gimnastlarımız turnirdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent), 1 bürünc (gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çondinövçülük), 1 bürünc (top), Mədinə Dəmirova əlavə 2 gümüş (top, gürzlər) və 3 bürünc (çoxnövçülük, lent, halqa) medala sahib olublar.
|