Futbol üzrə Fransa millisinin hücumçusu Olivye Jiru yeni rekorda imza
O, buna “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İrlandiya ilə görüşdə (1:0) iştirak etməklə nail olub. Jiru 36 yaş 178-ci günündə meydana çıxıb. Beləliklə, o, 2000-ci ildən Fransa millisində rəsmi matçda oynayan ən yaşlı futbolçu adına yiyələnib. Jiru bu göstəricidə Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.
Futbolçu qarşılaşmada start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Jiru Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.