Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə milli çempionatlarda 2022-2023-cü il mövsümündə ən çox qayda pozuntusu törədən və kobudluğa məruz qalan komandaları açıqlayıb.
Azərbaycan Premyer Liqasının ən kobud komandası “Qəbələ”dir. Komanda hər matçda orta hesabla 14,5 qayda pozuntusuna yol verib.
Çempionatda ən çox qayda pozuntusuna məruz qalan komanda isə “Səbail”dir – 14,3.