İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.
Oktyabrın 18-də şahmatçılarımız yeddinci turda mübarizə aparacaqlar. Təmsilçilərimizdən Gövhər Beydullayeva ötən turların nəticəsinə görə 5,5 xalla vahid liderdir. Digər şahmatçılarımız Abdulla Qədimbəyli 4,5 xalla beşinci pillədə qərarlaşıb, Ləman Hacıyeva 4 xalla 18-ci, Məhəmməd Muradlı 3 xalla 67-cidir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.