UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də, Belçikanın Leuven şəhərində keçiriləcək “Union Saint-Gilloise” (Belçika) – “Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun var hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.