UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Union Saint-Gilloise” (Belçika) – “Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Oyunun var hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.
Matç oktyabrın 13-də Belçikanın Leuven şəhərində keçiriləcək.