Bu gün Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında daha 4 oyun keçirilib. İdman.com.az saytının məlumatına görə, 2-ci oyun gününün matçları ilə ilk tura yekun vurulub.
"C" və "D" qruplarının komandaları ilk oyunlarına çıxmaları ilə əsas favoritlər mübarizəyə qoşulublar. Düzdür, 1 gün əvvəl üz-üzə gələn Fransa və ABŞ artıq Azərbaycan azarkeşləri önünə çıxıb.
Lakin Yaponiya, Braziliya, Almaniya kimi iddialılar məhz bu gün debüt matçına çıxıblar. Düzdür, onlardan braziliyalılar Yaponiya tərəfindən darmadağın olunmaqla, proqnozları alt-üst edib. Asiya və Cənubi Amerika təmsilçilərinin digər dueli də birincilərin böyük hesablı qələbəsi ilə nəticələnib. Bununla da asiyalılar 8 cavabsız qol vurduğu cənubi amerikalılara futbol dərsi keçib.
Dünya Kuboku. 17 yaşlı qızlar. I tur 23 sentyabr
"C" qrupu
Meksika – Yeni Zelandiya - 1:0
Qol: Fernanda Perez, 36
Baş hakim: Yana adamkova (Çexiya)
Bakı. Bayıl Arena stadionu
Braziliya – Yaponiya - 0:5
Qol: Rika Masuya, 2, 17, Yui Narumiya, 49, 67, Hina Suqita, 63
Baş hakim: Ktalin Kulçar (Macarıstan)
Bakı. Bayıl Arena stadionu
"D" qrupu
Qana – Almaniya - 1:2
Qol:Ceyn Ayeyam, 80 - Vivyen Beyl, 14, Paulina Bremer, 19
Baş hakim: Alondra Arellano (Meksika)
Bakı. Dalğa Arena stadionu
Uruqvay – Çin - 0:4
Qol: Tanq Jiali, 24, Zhanq Çen, 34, 41, Lu Yueyun, 79
Baş hakim: Moraq Piri (Şotlandiya)
Bakı. Dalğa Arena stadionu