Azərbaycan Premyer Liqasının VI turunun oyunlarının başlama vaxtı və keçirilmə yeri açıqlanıb. 3 gün davam edəcək turun 2 oyunu bu həftə, digərləri gələn həftə baş tutacaq.
Bu turda qarşılaşmaların yarısı – 3-ü Sumqayıtda keçiriləcək. Digər görüşlər isə əyalətdə olacaq. Bu da 17 yaşadək qızlar arasında dünya çempionatının start götürməsi ilə bağlıdır. Məhz bu səbəbdən turun oyunlarından heç biri Bakıda təşkil edilməyəcək.
23 sentyabr (bazar)
16:00. AZAL – “İnter”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “Turan” – “Qarabağ”
Tovuz şəhər stadionu
24 sentyabr (bazar ertəsi)
18:00. “Simurq” – “Kəpəz”
Zaqatala şəhər stadionu
17:00. “Qəbələ” – “Rəvan”
Qəbələ şəhər stadionu
17:00. “Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
25 sentyabr (çərşənbə axşamı)
17:00. “Xəzər Lənkəran” – “Bakı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu