“İqtisatçı”nın daha bir voleybolçusu karyerasını başa vurmağa qərar verib. Amerikalı Tayyubu Xaneef-Parkın ardından Kenni Pino da oynamamağa qərar verib.
Ötən mövsüm Bakı təmsilçisini seçən 33 yaşlı kolumbiyalının bundan sonra seçəcəyi həyat tərzini tezliklə açıqlaması gözlənilir.
Qeyd edək ki, “İqtisadçı” Pino və Xaneef-Parkla yanaşı, Kristina Fernanda Ferreyra, Veronika Brito (hər ikisi Braziliya), Stefanya Sansonna (İtaliya), Lora Kitipova (Bolqarıstan), Marina Katiç (Xorvatiya), Elina Abbasova (Azərbaycan) və Kristina Pastulova (Çexiya) ilə də vidalaşıb.
Onların əvəzinə isə həmyerlimiz İndira Abdullayeva, tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Nutsara Tomkom, Vanna Buakeva və amerikalı Nansi Metkalfıa müqavilə imzalanıb.
|